İçeriğe geçmek için "Enter"a basın

“SPACE”-in əməkdaşı 100 min “atıb” ölkədən qaçdı – İşdə Hacı Nuranın da adı hallanır

25-07-2018


[r32]
Gənclərin iş axtarışında olması bəzi fırıldaqçılar üçün fürsətə çevrilib. Bir işbaz da televiziyada işə düzəltmək adı ilə xeyli pul mənimsəyib. Şikayətçilər iddia edir ki, Vüqar Ağayev adlı şəxs onlardan işə düzəltmək adı ilə min manatdan 10 min manata qədər pul alıb.

Baku .ws xəbər verir ki, axtarışa verilən şəxs “Elif media” şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar “Xəzər TV”-nin əməkdaşı olub, “Space TV”-də yayımlanan “İşimiz var”, indi isə “Yerimdəyəm” və “Praym şok” verilişlərinin layihə rəhbəri idi.

2017-ci ildən etibarən insanlardan pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən “Space TV”-yə işə düzəltmək adı ilə pul alıb. O, özünü “Spase” kanalının əməkdaşı kimi təqdim edən adamlarla birlikdə işbirliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər.

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar “Space TV”-də yayımlanan “20lik realiti şou”-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur.

Minval.info xəbər verir ki, üstəlik Ağayev aldığı pula fərqli don da geyindirib, bunun dövlət rüsumu olduğunu deyirmiş. İttihamlara görə, başqa bir qrup şəxsə isə “Heydər Əliyev Fondu”-nda iş düzəltməyi boynuna götürüb, üstəlik aparıcı Hacı Nuranın adından istifadə edib.

Bu tələyə düşənlər bir müddət sonra pullarını geri istəyiblər. Ancaq iddialara görə, həmin şəxs yeni vədlər verib, “bu gün-sabah” deyərək, prosesi uzadıb.
Sonda isə iddiaçıların təxmini hesablamalarına görə, 100 min AZN mənimsəyərək ölkədən qaçıb. Bununla bağlı artıq 26-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Fırıldağın qurbanı olan üçün isə artıq ip də gedib, it də, çünki həm yenə işsiz qalıblar, həm də dələduz qaçdığı üçün pulu geri alacaqlarına ümidləri yoxdur.

“Space” telekanalının əməkdaş faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

“Spase” telekanalının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Musavat.com-a verilən xəbərdə bildirilir: “Məlumat üçün bildiririk ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr “Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik.




“SPACE”-in əməkdaşı 100 min “atıb” ölkədən qaçdı – İşdə Hacı Nuranın da adı hallanır