İçeriğe geçmek için "Enter"a basın

Siyasi böhran: Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi

20-07-2018

Yunanıstanın daxili işlərinə qarışdığı iddiası ilə 4 rus diplomat bu ölkədən qovulub.

Bu səbəblə Rusiya Xarici işlər naziri Sergey Lavrov Yunanıstana planlaşdırdığı səfəri ləğv edib.

Həmçinin, Rusiya prezidenti Vladimir Putin bu addıma sərt cavab veriləcəyini bildirib.

Rusiya XİN-in sözcüsü Mariya Zaxarova isə Yunanıstana bəzi qərb dövlətləri tərəfindən təzyiq edildiyini və bu dövlətin “çirkli oyuna” çəkildiyini söyləyib.

Habertürk

Siyasi böhran: Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi