İçeriğe geçmek için "Enter"a basın

Hacıbala Abutalıbovun bazarı yandı? – FHN məlumat yayıb

09-07-2018


[r32]
Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır. Virtualaz.org xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.
Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

Nərimanov RİH-dən virtualaz.org-a bildiriblər ki, bu bazarda tez-tez müşahidə olunan yanğınlar həmin əraziyə atılan məişət tullantılarına görə baş verir: “Bizim nümayəndələrimiz bazarın ərazisinə baxış keçiriblər. Yaxın vaxtlarda ərazinin təmizlənməsi üzrə işlərə başlanacaq”

Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.
Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

Hacıbala Abutalıbovun bazarı yandı? – FHN məlumat yayıb