İçeriğe geçmek için "Enter"a basın

ŞOK: Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər (Yenilənib)

03-07-2018


[r32]
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Musavat.com bildirir ki, bu barədə son saatlarda məlumatlar dolaşır. Müxtəlif versiyalar var, lakin bütün versilalara görə icra başçısı sağdır.

APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

“Report”un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə isə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov güllə yaraları alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

**

Musavat.com -un Gəncədəki qaynaqları isə iddia edirlər ki, Azərbaycanın ən güclü icra başçılarından olan Elmar Vəliyevin özü də yaralıdır və hazırda Gəncədə, xəstəxanada müalicə alır.

Bəzi iddialara görə isə, onun yaralı olan mühafizəçisi keçinib. Bu barədə bir çox qaynaqlar təsdiqedici məlumatlar yayıblar.

**
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

****

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

****

Sui -qəsd barədə axar.az saytı da xəbər yayıb.

Orada ən mühüm detal budur ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində başından və qarın nahiyəsindən ağır yaralanıb.

Axar.az iddia edir ki, hazırda E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunur.

Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb.

Əlavə məlumat veriləcək!

ŞOK: Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər (Yenilənib)