İçeriğe geçmek için "Enter"a basın

Ziya Məmmədovun villası yandı – “Milyonerlər məhəlləsi”ndə

02-07-2018


[r32]
Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. 

Şahidlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarından yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, yanğının böyüməməsi üçün hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və qarşısı qısa müddətdə alınıb.

Ziya Məmmədovun villası yandı – “Milyonerlər məhəlləsi”ndə