İçeriğe geçmek için "Enter"a basın

Sabiq nazirlə bağlı yeni xəbər yayıldı – Həkimi danışdı (Yenilənib)

29-06-2018


[r32]
Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlərlə bağlı yeni məlumat açıqlanıb. Eks-nazirin əvvəlcədən xəbər verildiyi kimi Amerikaya deyil, Türkiyəyə aparıldığı bildirilir. Onun hazırda Türkiyədəki American Hastanesinə yerləşdirildiyi qeyd olunur.

Belə ki, sabiq nazirə yaxın mənbələrdən verilən məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir American Hastahanesinin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır. Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun səhhəti ilə bağlı məsələlər ölkə Prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətindədir.

Daha əvvəl F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer onun Amerikaya aparıldığını söyləmişdi. Görünür eks-nazir səhhəti ilə bağlı bu dəfə Süleyman Dinçerə müraciət etməməklə onu məlumatsızlıq şəraitində saxlayıb.

***
məlumatlar yayılıb. Sabiq nazirin yaxın çevrəsindən verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer də modern.az-a Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:”Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.

***
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, təcili Türkiyəyə aparılıb.
F.Məmmədovun yaxınlarından unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

“AzPolitika.info” xatırladır ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.

Sabiq nazirlə bağlı yeni xəbər yayıldı – Həkimi danışdı (Yenilənib)