İçeriğe geçmek için "Enter"a basın

Erməni Marietta necə İlhamə oldu? – Təfərrüat

04-06-2018


[r32]
Mariettanın anası erməni, atası isə kürd Məhərrəm Kərimov idi. M.Kərimov erməni arvadını boşayandan sonra oğlu, Mariettanın qardaşı Telmanla Sumqayıta yollanıb, orada yaşayıb. Marietta isə erməni anası ilə birlikdə İrəvana üz tutub.

Mariettanın anası orada erməniyə ərə gedib. Bir müddət sonra Marietta Bakıya təhsil almağa gəlib.

Marietta Bakıda iqtisadiyyat texnikumunda oxusa da, parta yoldaşlarından fərqli olaraq Cəfər Cabbarlı adına adına İrəvan Dövlət Dram Teatrında işləməyə başlayır.

İşləyir deyəndə ki, Marietta o qədər “humanist” idi ki, ona qısamüddətli eşq elan edən erməni kişilərə rədd cavabı verə bilmirdi və bu səbəbdən də onu “Mamaşa Kuraj”, bəzən də “İnterdevoçka” adlandırırdılar.

Hər əməli öz adı ilə çağırsaq, Marietta Vartanyan teatrda işləməklə yanaşı, 6 erməninin məşuqəsi idi və pula ehtiyac duranda vücudunu məmurlara, pullulara satmaqda da qəbahət görmürdü.

Elə burada o, çoxsaylı eşq məcaralarından sonra baş inzibatçı vəzifəsində çalışan, Daşnaksutyüuna xüsusi rəğbəti ilə tanınan Vreş Vartanyanla ailə həyatı qurur. Müxtəlif teatr tamaşalarında iştirak edən Marietta bir-birindən kəskin fərqlənən obrazlar yaradır.

İrəvan şəhərində fəaliyyət göstərən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrı 1978-ci ildə Bakıda qastrol səfərində olarkən, teatrın bir neçə əməkdaşı ilə yanaşı Marietta Vartanyan da “Azərbaycan SSR-nin əməkdar artisti” fəxri adı almışdı.

M.Vartanyanın qardaşı Telman Məhərrəm oğlu Kərimov Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən emalatxanada heykəltaraş-rəssam kimi çalışıb, qeyri-ənənəvi dini təriqətə (buddizm) sitayiş etdiyi üçün ailəsindən ayrılıb və 1990-cı illərdə ABŞ-a mühacirət edib.

Marietta isə hələ illər əvvəl, sovet dönəmində Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin diqqətini cəlb edir. Digər həmyerliləri kimi Azərbaycanın zənginliklərindən, mədəniyyətindən, incəsənətindən faydalanan “aktrisa” Azərbaycan əleyhinə fəaliyyətə başlayır. İş o yerə çatır ki, bu Marietta Armen və Arsen adlı iki oğlu, Diana adlı qızını qatı türk, azərbaycanlı düşməni kimi böyüdüb.

Marietta oğulları Armenlə Arseni Dağlıq Qarabağa döyüşlərə döyüşlərə göndərir və milliyyətindən, dinindən asılı olmayaraq bütün azərbaycanlıların ölməyə layiq olduğunu təbliğ edir. Onun nifrəti övladları döyüşdə yaralandıqdan sonra daha da artır və “Talışıstan Milli Televiziyası” ideyasıyla Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməyə başlayır.
İxtisasca aktyor olan Vartanyan bu gün də sənətini davam etdirərək guya “talış xalqının nümayəndəsi” kimi özünü təqdim edərək “Talışıstan Milli Televiziyası”nda Azərbaycan əleyhinə təbliğatları davam etdirir. İrəvandan yayımlanan bu verilişlərdə o cümlədən Azərbaycan ərazisi uğrunda şəhid olmuş qəhrəman talış övladlarının da ruhu incidilir.

Təsəvvür edin bir tərəfdə könüllü olaraq vətən naminə Qarabağa döyüşməyə gələn talış, ləzgi, kürd, türk, yəhudi, avar, tat – digər tərəfdə Marietta kimi ermənilər tərəfindən məcburi göndərilən Vartanlar, Armenlər, Arsenlər.

Və bu gün bu Vartanlar guya talışın, tatın, ləzginin qeydinə qalır…

Həmin ermənilər idi ki, birinci Qarabağ savaşında Azərbaycan tərəfinin, kəşfiyyatçılarının, hərbi hissələrinin rabitə əlaqəsini talış dilində qurmasının (erməni hərbiçilərin çoxu azərbaycan dilini başa düşürdü, talış dilini isə bilən yox idi) qarşısının alınması üçün talışıların daha çox ölümə layiq olduqlarını təbliğ edirdilər.

Mariettanın İrəvan Dövlət Dram Teatrında işləyərkən xasiyyətnaməsinə yazılmışdı: “Marietta ona tapşırılan, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq hər bir rol üzərində var gücü ilə işləyir, istedadını, qabiliyyətini əsirgəmir”. İndi də Marietta dindar qadın obrazına girərək guya talışların təzyiqlərə məruz qaldığını aşılamağa çalışması “xasiyyətini” dəyişmədiyini söyləməyə əsas verir.

Ermənilərin bu qədər fitnəkar təbliğatına baxmayaraq milliyyətcə “talış” olan heç kəsin bu verilişdə Azərbaycan əleyhinə çıxış etməyə razılıq verməməsi, ermənilərin məcbur qalaraq Mariettanı İlhaməyə çevirməyə məcbur olması bir daha Azərbaycanda milli azlıq probleminin olmadığını, dilindən, dininindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların vətənini sevdiyini, heç kəsin heç bir maddi-mənəvi vədlər qarşısında ölkəsinə, vətəninə xəyanət etmədiyinin bariz nümunəsi kimi göstərilə bilər. (Milli.Az)

Erməni Marietta necə İlhamə oldu? – Təfərrüat