İçeriğe geçmek için "Enter"a basın

Abutalıbov BŞİH-dən ayrıla bilmir – Hər gün işə gedir – FOTO

29-05-2018


[r32]
Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı adı çəkilsə də, hələlik təyinat yoxdur.

Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir. Criminal.az saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

Qeyd edək ki, Hacıbala Abutalıbov Bakı meri postundan getsə də, paytaxtın icra başçısının xidməti maşını olan 10 AA 008 dövlət nömrə nişanlı, BMW markalı avtomobili təhvil verməyib. Belə ki, H.Abutalıbov hələ də həmin maşından istifadə edir. Unikal.orq-a istinadən həmin fotoları təqdim edirik.

Abutalıbov BŞİH-dən ayrıla bilmir – Hər gün işə gedir – FOTO