İçeriğe geçmek için "Enter"a basın

Nikol Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə göndərdi

27-05-2018


[r32]
Facebook” səhifəsindən canlı yayıma qoşulan Ermənistanın yeni baş naziri Nikol Paşinyan bildirib ki, onun oğlu mart ayında 18 yaşını tamam edib və növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq.

Öz növbəsində, Aşot Paşinyan qeyd edib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.

Baş nazir Nikol Paşinyan bununla yanaşı, Ermənistandan qaçan bütün hərbi mükəlləfiyyətli gəncləri hərbi borcunu yerinə yetirmək üçün ölkəyə çağırıb. O, həmin gənclərə təminat verib ki, könüllü qərarı ilə hərbi xidmət keçmək üçün geri qayıdan çağırış yaşlı gənclərə qarşı hər hansı cəza tədbiri görülməyəcək.

***

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq. “İnterfaks” xəbər verir ki, “Facebook” səhifəsində canlı yayımda Nikol Paşinyan bildirib ki, mart ayında oğlunun 18 yaşı tamam olub və qanuna müvafiq olaraq, o orduda xidmətə yollanır.

Öz növbəsində Aşot Paşinyan bildirib ki, ərizə yazıb və xidmətini işğal olunmuş Qarabağda keçmək istəyir.

Bununla birlikdə, Nikol Paşinyan orduda xidmət etməmək üçün Ermənistanı tərk etmiş həmvətənlərini 20 gün ərzində respublikaya qayıtmağa və orduda xidmət keçməyə çağırıb.

Nikol Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə göndərdi