İçeriğe geçmek için "Enter"a basın

“Görünür rusların əlində elə məlumatlar var..” – “Rus FSB-si amansızdır” – Qüdrət Həsənquliyev

25-05-2018


[r32]
Sonda həmişə olduğu kimi, güclü qalib gələcək. İran çevik siyasət yürütməsə və müəyyən güzəştlərə getməsə, ya İranın daxilində inqilab baş verəcək, ya da hərbi güc tətbiq etməklə ABŞ, İsrail və onlara maliyyə dəstəyi verəcək Səudiyyə Ərəbistanı tərəfindən viran ediləcək”.

Bunları BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytına açıqlamasında İran ətrafında yaranmış vəziyyətlə bağlı sualı cavablandırarkən deyib. Partiya sədrinin fikrincə, İranın nüvə silahı istehsal etməsi böyük dövlətləri narahat etsə də, bizim üçün qorxulu deyil.

“İranın nüvə silahı əldə etməsi imkan verəcək ki, Türkiyə də həmin silaha sahib olsun. Nəticədə, regionda Rusiyanın hegemonluğuna son qoyulacaq, sülh daha etibarlı təmin olunacaq. Nüvə silahı olmasaydı, üçüncü dünya müharibəsi çoxdan başlamışdı. Bu silah nə qədər təhlükəli olsa da, böyük çəkindirici gücə malikdir, sülhün ən böyük təminatçısı odur. Ümid etmək istərdim ki, siyasi mollaların müdrikliyi çatacaq, Əsədin və Səddamın yolu ilə getməyəcək, müharibədən yayına biləcəklər. Biz öz soydaşlarımızla yanaşı İranda yaşayan digər xalqların da taleyinə görə çox narahatıq. İran bilməlidir ki, NATO üzvləri sonda ABŞ-ın yanında yer alacaq.

Q.Həsənquliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların alçaldılması məsələsinə də münasibət bildirib. Partiya sədri İbrahimbəyovun 2013-cü ildəki fəaliyyətini yada salaraq, deyib: “2013-cü ildə o, Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü. Bu gün susan Milli Şura rəhbərliyinin də çoxu bunu bilirdi, amma onun (Rusiyanın) vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər. KQB, təəssüf ki, bizim bəzi ziyalıları sovet dövründə özünün agenti edib. Görünür rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya xalqın lənətləri ilə getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını. Rus FSB-si isə çox amansızdır, milli satqınlardan rezin kimi ömürlərinin qürub çağında da istifadə edir. Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz.

Bu milli xəyanətkarlar bilsinlər ki, bizim xalqımız onların təsvir etdiyi kimi qəddar və dözümsüz olsaydı, çoxdan onların bağırsaqlarını bu həqarətlərə görə bayıra tökərdi. Amma ermənilər bunu həvəslə edərdi, vaxtilə Xocalıdakı günahsız körpələrə qarşı etdikləri kimi…”

“Görünür rusların əlində elə məlumatlar var..” – “Rus FSB-si amansızdır” – Qüdrət Həsənquliyev