[r32]
Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.
***
Prezident İlham Əliyevin 24 mayda əfv etdiyi 634 nəfər içərisində adları siyasi dustaq siyahılarında keçənlər də var. Musavat.com saytına istinadla onlardan bir qrupunu təqdim edirik:
Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Fail (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elmin (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).
Əfv sərəncamının icrasına sabahdan başlanacaq. Qeyd edək ki, İlqar Məmmədov, Əli İnsanov və başqa tanınmış siyasi məhbuslardan heç birinin adı əfv siyahısında yoxdur.
***
Azərbaycan Respublikası prezidentinin verdiyi əfv sərəncamında adları olan məhkumların siyahısı rəsmi olaraq yayılıb.