[r32]
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.”
Qəribədir ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a bildirib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.