[r32]
Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirməsi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bizimyol.info-ya açıqlama verən nazir məlumatın yalan olduğunu bidirib. “Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldır. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”.
Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
***
Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilib. Qəfildən ürəyi tutan keçmiş nazirin infarkt keçirdiyi bildirilir.
Ötən gün Fazil Məmmədovun Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. Faktor.az-ın məlumatına görə isə keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.
Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.
İddialara görə Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədova aiddir.
Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.
***
Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.A24.az-ın xəbərinə görə, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun vəziyyəti barədə heç bir məlumat verilmir.
Mərkəzi Gömrük Hospitalından Axar.az-a verilən açıqlamada bildirilib ki, Fazil Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.