İçeriğe geçmek için "Enter"a basın

Rahim Namazov və arvadını belə güllələmişdilər – Video +16

05-04-2018


[r32]
Martın 30-da Fransanın Tuluza şəhərində güllələnən Rahim Namazov və arvadının güllələnmə anının videosu yayılıb. “BAX TV”nin yaydığı videoda maşına yaxınlaşan maskalı şəxsin onları güllələdiyi görünür.

Maskalı şəxs “Audi” markalı avtomobildən düşüb və digər maşında olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vuraraq, hadisə yerindən qaçıb.

Güllələnən R.Namazov artıq ayılıb və danışa bilir, vəziyyətinin kafi olduğu deyilir. Arvadı isə həmin gün xəstəxanada ölüb.

Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Ancaq Fransa mediası onu jurnalist kimi qələmə verib. Buna səbəb isə, Rəhim Şəkinskinin bir neçə il öncə Fransadan jurnalist kimi mühacir kimi status almasıdır. Buna görə də, Fransa mediası bu hadisəni “azərbaycanlı jurnalist güllələndi” başlığı ilə yayımlayıb.

Rahim Namazov və arvadını belə güllələmişdilər – Video +16