İçeriğe geçmek için "Enter"a basın

Rusiya diplomatları kütləvi şəkildə Qərbdən qovulur

27-03-2018


[r32]
ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır. Bu həftə ərzində ümumilikdə 106 rusiyalı diplomat iş yerini tərk etməlidir.
Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, “Skripal işi”nə görə, rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.

ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır:

ABŞ – 60

Kanada – 4

Fransa – 4

Polşa – 4

Ukrayna – 13

Estoniya – 1 (hərbi attaşe)

Litva – 3 diplomat, 2 hərbi attaşe

Danimarka – 2

Latviya – 1 diplomat və “Aeroflot”un 1 əməkdaşı

İtaliya – 2

Niderland – 2

Almaniya – 4

Çexiya – 4

Finlandiya – 1

Rumıniya – 1

Xorvatiya – 1

İsveç – 1

Norveç – 1

Albaniya – 2

İspaniya – 2

Macarıstan – 1

Böyük Britaniya – 23 (Ötən həftə çıxarılıb).

Slovakiya, Sloveniya, Portuqaliya, Malta, Lüksemburq, Kipr, İrlandiya, Yunanıstan, Bolqarıstan, Belçika və Avstriyanın da rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərar verəcəyi gözlənilir.

Rusiya diplomatları kütləvi şəkildə Qərbdən qovulur