[r32]
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.
İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.
Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.
*****
Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. “AzPolitika”nın məlumatına görə, səslərin 24 faizinin sayılmasından sonra nəticələr aşağıdakı kimidir:
Vladimir Putin – 72.36
Pavel Qrudinin – 15.56
Vladimir Jirinovski – 6.88
Kseniya Sobçak – 1.39
Qriqoriy Yavlinski – 0.78
Sergey Baburin – 0.62
Maksim Suraykin – 0.61
Boris Titov – 0.60
***
Prezident seçkiləri keçirilən Rusiyada seçki məntəqələrinin çoxunda artıq səsvermə başa çatıb. Hazırda səsvermə Kalininqrad vilayətində davam etdirilir.
Qeyd edək ki, Rusiya MSK-sının Bakı vaxtı ilə 19.30-a olan məlumatına görə, seçki fəallığı 59,85 faiz təşkil edib.
Artıq “exit-poll”un ilkin nəticələri də açıqlanmağa başlayıb. Paralel səsvermənin nəticələrinə görə, hazırki prezident Vladimir Putin seçicilərin 72-74 faizinin səsini alıb. İkinci yerdə təxminən 15 faiz səslə kommunistlərin namizədi Qrudinindir. RLDP lideri Jirinovski üçüncü, Sobçak dördüncü yerdədir.
Bu məlumatlar MSK-nın ilkin nəticələrilə təsdiq olunur.