İçeriğe geçmek için "Enter"a basın

AZAL-a məxsus təyyarədə partlayış olub

17-03-2018


[r32]
İstanbuldakı Atatürk hava limanında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində partlayış baş verib. Türkiyə mediası xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib.
Bakı – İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda sol arxa qapıdakı “slide”ni (təxliyə avadanlığı) səhvən partladıb.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib, sərnişinlər təyyarədən çıxarılıb.

AZAL-a məxsus təyyarədə partlayış olub