İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev Yusif Məmmədəliyevə yeni səlahiyyətlər verdi – Sərəncam

13-03-2018


[r32]
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusif Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

Prezident İlham Əliyev Yusif Məmmədəliyevə yeni səlahiyyətlər verdi – Sərəncam