İçeriğe geçmek için "Enter"a basın

Meyxanaçı Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas olub

02-03-2018


[r32]
Mən Respublika Narkoloji Mərkəzində müalicəmi bir həftə əvvəl başa vurmuşam və ordan ayrılmışam.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış meyxanaçı Aydın Xırdalanlı Mərkəzdə baş verən yanğından həmkarı Vasif Əzimovun toyunda iştirak etdiyi üçün xilas olduğu barədə yayılan məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, həmkarının toyuna görə Mərkəzdən getdiyi və ora qayıtmadığı barədə xəbər həqiqəti əks etdirmir:

“Mən orda xeyli müddətdir müalicə olunurdum və ötən həftə müalicəmi tamamlayıb, Narkoloji Mərkəzdən evə buraxılmışam. Həm də mən yanan deyil, ikinci korpusda qalırdım. Yəni yayılan məlumat həqiqəti əks etdirmir”.

A.Xırdalanlı ötən gün gəlinsiz toy edən həmkarı Vasif Əzimovun toyunda iştirak edib-etməməsi barədə isə danışmaq istəməyib.
***
Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu.

Ötən gün həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzindən çıxan meyxanaçı daha sonra həmin yerə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.

Meyxanaçı Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas olub