İçeriğe geçmek için "Enter"a basın

650 minlik avtomobillərin sahibi bilindi

25-02-2018


[r32]
Dünən iqtisdaçı alim Qubad İbadoğlu sosial şəbəkədə “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes–Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb.

“Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

Bu cür bahalı avtomobillərin kolleksiyasına sahib olan Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib.

Atası mətbuata açıqlamasında oğlunun bahalı avtomobilləri ilə bağlı belə reaksiya vermişdi: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?
Onu da əlavə edək ki, “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobillərin sayı Azərbaycanda onlarladır. Hətta instagramda bununla bağlı xüsusi səhifə də mövcuddur.
Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır.
Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?
Bu avtomobilin yalnız zavod dəyəri ayrı-ayrılıqda dövlətin 18 min 55 məcbur köçkünə 1 ay ərzində yaşamaq üçün verdiyi müavinətin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 11 min 818 uşağın qəyyumlarına verdiyi birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud olan 18 yaşadək 6 min 784 uşağa ayırdığı aylıq sosial müavinətin, 3 min 163 pensiyaçıya ödədiyi orta aylıq təqaüdün məbləğinə bərabərdir. Nəzərə alın ki, bu hesablama yalnız 1 avtomobilin dəyəri üzərində qurulub. Heç şübhə etmirəm ki, Azərbaycanın dövlət orqanların bu səviyyədə, hətta ondan da bahalı avtomobillər onlarladır.
Bu qədər israfçılığa rəvac verən, məmuru 650 min manat zavod dəyəri olan xidməti avtomobildə gəzən prezidentin son fərmanı ilə yaşa görə aylıq sosial müavinəti 6 manat 60 qəpik, əlilliyə görə aylıq sosial müavinəti 5 manat 45 qəpik, ailə başçısını itirməyə görə aylıq sosial müavinəti 6 manat 10 qəpik, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların aylıq sosial müavinətini 7 manat 40 qəpik artırılmasını nə dərəcədə ədalətli hesab etmək olar?
O avtomobillərin də şəkillərindən bəzilərini təqdim edirik.



650 minlik avtomobillərin sahibi bilindi