İçeriğe geçmek için "Enter"a basın

Başına 4 milyon qoyulan PYD lideri Praqada ələ keçirildi

25-02-2018


[r32]
PYD/PKK/YPG terror təşkilatının qırmızı bülletenlə axtarılan liderlərindən biri, PYD-nin keçmiş həmsədri Salih Müslim saxlanılıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Çexiyanın paytaxtı Praqada ələ keçirilib. Türkiyə Ədliyyə Nazirliyinin onun ekstradisiyası üçün müvafiq sənədləri Çexiya hökumətinə göndərəcəyi bildirilir. Onun Çexiya məhkəməsi tərəfindən mühakimə olunacağı bildirilir.

Bir müddət ABŞ tərəfində Suriyanın şimalında qurulan süni PYD/PKK/YPG bölgəsinin rəhbəri olan Salih Müslimin əvəllər PKK-nın Şimali İraq bölgəsi üzrə nümayəndəsi olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin barəsində 13 fevralda qırmızı bülleten çıxardığı S.Müslimin başına 4 milyon lirə mükafat qoyulmuşdu.

Başına 4 milyon qoyulan PYD lideri Praqada ələ keçirildi