İçeriğe geçmek için "Enter"a basın

Ramiz Mirzəyevin ailəsində faciə – Bacısı və yeznəsi evində ölü tapıldı!

24-02-2018


[r32]
Fevralın 24-də səhər saat 9 radələrində Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rəsmi məlumatda deyilir ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Ölən şəxslər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir. Mərhumların qətlə yetirilməsi ehtimalı var.

Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” istehsalat birliyinin baş direktoru, “Azərneftyağ” neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri olub. Ramiz Mirzəyev 2007-ci ildə dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün öncə R.Mirzəyevin oğlu Anar Mirzəyev avtoqəzada həlak olmuşdu.

P.S. Musavat.com -un Tovuz rayonunda olan əməkdaşı araşdırıb ki, ər – arvada qarşı əslində qətl hadisəsi baş verib. Qonşuların verdiyi məlumata görə, mərhumlar – Fərman Məmmədov və Pakizə Mirzəyeva naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirilib, daha sonra hadisəyə yanğın görüntüsü verilib. Hadisədən sonra evi müşahidə etmək imkanı olan qonşular musavat.com -un müxbirinə deyiblər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda, ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar. Qətli törədənlər yanğın törətməyə cəhd ediblər. Divanın bir qismi və Pakizə Mirzəyevanın ölü tapıldığı çarpayının bir qismi yanıb və yanğın dayanıb. Bunun da nəticəsində hadisənin qətl olduğu aşkarlanıb. Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Lakin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar.

Ramiz Mirzəyevin ailəsində faciə – Bacısı və yeznəsi evində ölü tapıldı!