[r32]
Rusiyalı turistlər Ermənistandan Zod aşırımı vasitəsilə növbəti dəfə Azərbaycan sərhədini pozaraq Kəlbəcərə daxil olublar.
Moderator.az-ın Mirkazım Laçın Alxaslı adlı istifadəçinin “You Tube” kanalına istinadla əldə etdiyi 2017-ci ilə aid görüntülərdə bir dəstə motosiklli rusun sərhədimizdə dayanaraq “Nəhayət, Qarabağın sərhədinə çatdıq!” dedikləri və sonra Ukrayna ilə də bağlı nəsə istehzalı bir ifadə işlədərək qəhqəhə çəkərək güldükləri görünür.
Daha sonra sərhəd pozucuları sərbəst şəkildə Kəlbəcərin mənzərəli yollarıyla İstisu istiqamətinə – istirahətə yollanırlar…