İçeriğe geçmek için "Enter"a basın

Ayaqları olmadığına görə valideynləri ondan imtina etmişdi, indi dünya çempionudur

18-02-2018


[r32]
Həyatda hər şey olur. Elə Cessikanın həyatı kimi. Körpəykən ayağındakı xəstəliyə görə həkimlər onun hər iki ayağını amputasiya ediblər. Bundan sonra qızlarından imtina edən valideynlər onu uşaq evinə veriblər. Amma, fikirləşməyiblər ki, bir gün öz qızlarına ehtiyacları olacaq.

Üzgüçülük üzrə 13 qat paralimpiya çempionu rusiya əsilli amerikalı Cessika Lonq Rusiyanın İrkuts vilayətində anadan olub. O, doğularkən ayağındakı xəstəliyə görə ayaqları kəsilib. Bundan sonra anası Natalya Valtışeva qızından imtina edərək, onu uşaq evinə verir.

Bir neçə il sonra Cessikanın bəxti gətirib. 1992-ci ildə onu Amerikada yaşayan ailə övladlığa götürərək İrkutsk şəhərindən ABŞ-a aparıblar. Cessikaya təzə ailədə, təzə ad da qoyublar. Bundan sonra həyat onun üzünə gülüb. O, idmanın müxtəlif növləri ilə məşğul olmağa başlayıb. İdmanın üzgüçülük növüylə məşğul olmağa başlayan gənc qız hər iki ayağının olmamasına baxmayaraq yarışlarda uğur qazana bilib.

O, 2002-2003-cü illərdə qatıldığı yarışlarda üç qızıl medal qazanıb. 2008-ci ildə üç dünya rekordu qıraraq 6 medal qazanıb. 2012-ci ildə öz doğma valideynləri ilə görüşən Cessika onlara ilk olaraq bu sualı verib: “Məni niyə atdınız?”. İndi Cessika öz gözəl həyatına davam edir. O, deyib ki, bircə Allaha minnətdaram ki, mənə həyatda yaşamaq üçün şans verib.

Moderator.az xarici mediaya istinadən Cessikanın fotolarını təqdim edir.

Ayaqları olmadığına görə valideynləri ondan imtina etmişdi, indi dünya çempionudur