İçeriğe geçmek için "Enter"a basın

Mikayıl Cabbarov 3 vergi əməkdaşını rüşvət alarkən yaxalatdı! – Adlar (Yenilənib)

15-02-2018


[r32]
Yeni vergilər naziri Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyində işdən çıxarılmış üç əməkdaş rüşvət alarkən yaxalanıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İnformasiyaya əsasən, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərovEmin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.

Onlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır. Vergilər Nazirliyinin keçmiş əməkdaşlarından izahatlar alınıb.
***

Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

Mikayıl Cabbarov 3 vergi əməkdaşını rüşvət alarkən yaxalatdı! – Adlar (Yenilənib)