[r32]
Prezident İlham Əliyev Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilsin.
“AzPolitika.info”nun məlumatına görə, Mayıl Seminar oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun bacısı oğludur.
Qeyd edək ki, Mayıl Şahverdiyev təxminən 4 ay əvvəl – ötən ilin oktyabr ayının sonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Buna qədər isə M.Şahverdiyev Xidmətin Göygöl rayon şöbəsinin rəisi olub.