[r32]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ilin 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini rəsmən irəli sürüb.
Bu barədə hazırda davam edən YAP-ın VI qurultayı qərar verib.
***
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti VI qurultayı keçirilir.
APA-nın məlumatına görə, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək. Qurultayda partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyev çıxış edir.
Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-nə təyin olunub.