[r32]
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədovun vəzifəsindən azad olunub. Nazirliyin saytında verilən məlumata görə, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.
Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bu ilin yanvarında qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifələr ixtisar olunmuşdu. Bu baxımdan Elmir Vəlizadənin yendiən müavin postuna qaytarılması gözlənilməz oldu.