[r32]
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Natəvan Mirvətova ifadə verib. O, özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyini deyib. N. Mirvətova məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib.
Proses fasilədən sonra davam etdiriləcək.