İçeriğe geçmek için "Enter"a basın

Aslan İsmayılov məhkəməyə gəldi VƏ… qaçdı! – Məhkəmə qarşısında şou

29-01-2018


[r32]
Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesləri başlayıb.

A.İsmayılov prosesə qatılmaq istəmədiyindən iclaslar bir neçə dəfə təxirə salınıb, hətta hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar verib. Bununla belə, yanvarın 26-na təyin olunan iclasda da A.İsmayılovun iştirakını təmin etmək mümkün olmayıb – polis onu nə evində, nə də iş yerində tapa bilib.

Növbəti iclas bu gün saat 16:30-a təyin olunmuşdu.

Hələ səhər saatlarında A.İsmayılov “Facebook”da bəyanat yayaraq, həbs təhlükəsi olduğunu bildirmiş, hətta insanları “baş verənləri öz gözləri ilə görmək üçün” məhkəmənin önünə çağırmışdı. Sitat: “Aldığım dəqiq məlumata görə bu gün təxminən saat 16 radələrində polis əməkdaşları məhkəmə qərarını icra etmək üçün güc tətbiq etməklə məni Səbail rayon Məhkəməsinə aparacaqlar. Baş verənləri bilavasitə müşahidə etmək üçün Sizi saat 16.30-da Səbail rayon Məhkəməsinin qarşısına dəvət edirəm”.

“AzPolitika.info”nun əldə etdiyi məlumata görə, iclasın başlamasına bir neçə dəqiqə qalmış A.İsmayıllov polis əməkdaşlarının müşaiyyəti altında Səbail rayon Məhkəməsinin önünə gəlib. Burda onu 4-5 nəfər qarşılayıb, onların da yarısı media mənsubu olub. A.İsmayılov onların qarşısında çıxış edib, bir sıra dövlət məmurlarının adını çəkərək onları tənqid edib. Bundan sonra onu müşayiət edən polislərin uzaqlaşdığını görərək, qəfildən və cəld şəkildə avtomobilinə oturaraq, məhkəmənin qarşısından qaçıb.

Hakim iclası yenidən təxirə salmaq məcburiyyətində qalıb və fevralın 1-nə təyin edib.

Maraqlıdır ki, “Facebook”da 200 minlik səhifəsinin olduğu ilə öyünən, bunu əldə dəstəvuz edərək yetənə yetən, yetməyənə də bir daş atan, özünü az qala əvəzolunmaz şəxsiyyət, hətta ara-sıra Azərbaycanın Saakaşvilisi kimi qələmə verən, özünəvurğunluğu xəstəlik həddinə çatan bu başabəla hüquqşünasın “həbs olunacam” harayı altındakı dəstək çağırışına heç 10 nəfər belə cavab verməyib.

Aslan İsmayılov məhkəməyə gəldi VƏ… qaçdı! – Məhkəmə qarşısında şou