İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda hansı rektor neçə müddətdir, vəzifədədir?

27-01-2018


[r32]
Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinin rektorlarının yaşları və rektorluq müddətləri açıqlanıb.

Azadlıq.az BakuPost-a istinadla xəbər verir ki, bu barədə siyahını təhsil eksperti Kamran Əsədov hazırlayıb. Oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, həmin siyahını təqdim edirik:

1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa Baba oğlu Babanlı . 50 yaş.

Vəzifyə gəlmə tarixi: 2015-ci il. 3 ildir, vəzifədədir.

2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Rektor Urxan Kazım Oğlu Ələkbərov. 75 yaş.

Vəzifəyə təyin olunma tarixi: 2011-ci il. 7 ildir, rektordur.

3) Azərbaycan Tibb Universiteti. Rektor Gəraybəyli Gəray Çingiz oğlu. 51 yaş.

2016-cı il bu vəzifəyə təyin olunub. 2 ildir,  bu postdadır.

4) Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Cəlal oğlu Muradov. 56 yaş.

2014-cü ildə bura rektor təyin edilib, 4 ildir, vəzifədədir.

5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor Fərəh Şirməmməd qızı Əliyeva. 57 yaş.

2014-cü ildə bu vəzifəyə layiq görülüb, 4 ildir, rektordur.

6) Azərbaycan Dillər Universiteti. Rektor Abdullayev Kamal Mehdi oğlu. 68 yaş.

Bakı Slavyan Universitetinin rektoru (2000-2014), 2017-ci ildən. Ümumilikdə 15 ildir, rektordur.

7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor Fuad Hacıyev. 64 yaş. 2015-ci ildən. 3 ildir.

8) Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Həsən oğlu Cəfərov. 62 yaş. 2013-cü ildən. 5 ildir.

9) Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor Gülçöhrə Məmmədova.65 yaş. 1999-cu ildən. 19 ildir.

10) ADA Universiteti. Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev.77 yaş. 2006-cı ildən. 12 ildir.

11) Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham İsa oğlu Mədətov. 66 yaş. 2017-ci ildən. 1 ildir.

12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Həsən oğlu Eldarov. 91 yaş. 2000-ci ildən. 18 ildir.

13) Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Əşrəf oğlu Kərimi.64 yaş. 2001-ci ildən. 17 ildir.

14) Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Məmməd oğlu Cəfərov. 58 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan Turizm və Menecment Universitetinin rektoru) Ümumilikdə 12 ildir.

15) Bakı Dövlət Universiteti. Rektor Abel Məmmədəli oğlu Məhərrəmov. 68 yaş. 1999-cu ildən. 19 ildir.

16) Bakı Ali Neft Məktəbi. Rektor Qasımov Elmar Eldar oğlu.45 yaş. 2012-ci ildən. 6 ildir.

17) Bakı Mühəndislik Universiteti. Rektor Məmmədov Havar Əmir oğlu. 73 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki Universitetinin,2016-2017-Qafqaz Universitetinin rektoru). Ümumi 18 il.

18) Bakı Slavyan Universiteti. Rektor Əliyeva Nurlana Müzəffər qızı.72 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru). 2 ildir.

19) Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli. 71 yaş. 1991-ci ildən. 27 ildir.

20) Bakı Xoreoqrafiya Akademiyası. Rektor Əfəndiyev Timuçin İlyas oğlu. 73 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə 31 ildir.

21) Milli Aviasiya Akademiyası. Rektor Arif Mir Cəlal oğlu Paşayev. 84 yaş. 1996-cı ildən. 22 ildir.

22) Gəncə Dövlət Universiteti. Rektor Yusibov Yusif Əmiralı Oğlu. 67 yaş. 2014- cü ildən. 4 ildir.

23) Naxçıvan Dövlət Universiteti. Rektor Məhərrəmov Saleh Heydər oğlu. 53 yaş. 2013-cü ildən. 5 ildir.

24) Sumqayıt Dövlət Universiteti. Rektor Hüseynov Elxan Bahadur oğlu. 70 yaş. 2014-cü ildən. 4 ildir.

25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. Rektor Paşayeva Nərgiz Arif qızı. 56 yaş. 2008-ci ildən. 12 ildir.

26) İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Rektor Əziz Cəmil oğlu Əliyev. 43 yaş. 2015-ci ildən. 3 ildir.

Azərbaycanda hansı rektor neçə müddətdir, vəzifədədir?