İçeriğe geçmek için "Enter"a basın

Nazir müavini vəzifəsindən azad edilib – Vergilərdə hansı postu tutur?

21-01-2018


[r32]
Təhsil nazirinin müavini Mətin Eynullayev tutduğu vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib. Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Qeyd edək ki, Mətin Eynullayev hələ dekabrın 26-dan Vergilər Nazirliyində işə başlamışdı. Bu haqda məlumatı ilk dəfə “AzPolitika.info” vermişdi.

Bəs Mətin Eynullayev Vergilər Nazirliyində hansı posta təyin olunub?

Bu haqda rəsmi məlumat yoxdur, lakin aşağıdakı fotodan da göründüyü kimi, Mətin Eynullayev yüksək rəhbərliklə bir sırada – nazirin birinci müavini Sahir Məmmədxanovun yanında durub. Çox böyük ehtimalla, o, Aparat rəhbəri vəzifəsini tutur. M.Eynullayevin nazir müavini olduğu bir qədər inandırıcı deyil. Əvvəla, o, ixtisasca hüquqşünasdır, bu səbəbdən Vergilər nazirinin müavini vəzifəsinə çətin ki, təyin olunsun. İkincisi, nazir müavini Prezidentin sərəncamı ilə təyin olunur, belə bir sərəncam isə yoxdur.

Xatırladaq ki, M.Eynullayev M.Cabbarovun dövründə həm Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, həm də Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifələrində çalışıb. Daha sonra o, Təhsil nazirinin müavini təyin olunmuşdu. Çox böyük ehtimalla, M.Cabbarov Vergilər Nazirliyində də məhz Aparata rəhbərliyi ona həvalə edib.

Yeri gəlmişkən, aşağıdakı foto Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun da vəzifəsindən uzaqlaşdırıldığı barədə bir neçə gün əvvəl yayılmış məlumatları təkzib edir.(Azpolitika.info)

Nazir müavini vəzifəsindən azad edilib – Vergilərdə hansı postu tutur?