İçeriğe geçmek için "Enter"a basın

Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? Aydın Əliyevdən reaksiya – Video

19-01-2018


[r32]
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib.

Komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.
“Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir. Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik”.

“Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir – nə qərar verilsə, onu icra edəcəyik”, – deyə DGK sədri bildirib. /”Report”

Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? Aydın Əliyevdən reaksiya – Video