İçeriğe geçmek için "Enter"a basın

Deputatların maaşları artırılır – Aylıq 800 manat əlavə… (Yeniləndi)

09-01-2018


[r32]
“Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iclasına çıxarılacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, deputatlar yaz sessiyasının iclasında qanun layihəsinə dəyişikliyi müzakirə edəcəklər.

Sözügedən dəyişikliyin bu qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) təklif edildiyi bildirilir. Həmin dəyişiklikdə isə deputatların vəzifə maaşının artırılması öz əksini tapacaq.

Bu dəyişikliyin gündəmə gəlməsi Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinin artırılaraq 25 milyon 432 min manata çatdırılması ilə əlaqədardır.

Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinə əlavə edilən vəsaitin 68.8 faizinin əmək haqqına sərf olunacağı gözlənilir. Yerdə qalan məbləğin xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlərə yönəldiləcəyi bildirilir.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının iclaslarında bir neçə dəfə deputatların maaşını artırmaq təklifi gündəmə gətirilmişdi.

* * *

Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.
Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.

Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.

“2018-ci ilin dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini – 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı hazırda 1575 manat təşkil edir. Artımdan sonra bu rəqəm 2375 manat olacaq…

Məsələyə Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı da münasibət bildirib:

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.

O, APA-ya açıqlamasında qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, – deyə o bildirib.

Deputatların maaşları artırılır – Aylıq 800 manat əlavə… (Yeniləndi)