İçeriğe geçmek için "Enter"a basın

Bakıda tanınmış xanəndənin həyat yoldaşının həbsi (Yenilendi)

07-01-2018


[r32]
Zenfira İbrahimovanın həyat yoldaşı polis tərəfindən saxlanılması ilə bağlı — DANIŞDI
Xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar Heydərov polis tərəfindən saxlanılması xəbərini təsdiqləyib.
Bu barədə Anar Heydərov özü “Ölkə.Az”a açıqlama verib. Onun sözlərinə görə, həqiqətən də, bu gün polis tərəfindən saxlanılıb. Anar Heydərov bildirib ki, hadisə borc üstündə olmayıb. Polislər onu dindiriblər və sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, bir az əvvəl Zenfira İbrahimova “Ölkə.Az”a verdiyi açıqlamada belə bir hadisənin olmadığını bildirmişdi.

Xatırladaq ki, cütlüyün toyu 2005-ci ildə olub. Onların birgə nigahdan İbrahim adlı oğlu, Dəniz adlı qız övladları var.
***
Xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar İbrahimov polis tərəfindən saxlanılıb. Ölkə.az-a istinadən bildirir ki, Anar Heydərov şikayət əsasında həbs edilib. Onu borc pul alıb, qaytarmamaqda ittiham ediblər.
Xatırladaq ki, Anar Heydərov ötən ilin yay aylarında da həbs edilib. Onu yol qaydasını pozmaqda ittiham ediblər. O, 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Bakıda tanınmış xanəndənin həyat yoldaşının həbsi (Yenilendi)