İçeriğe geçmek için "Enter"a basın

Şeyxin qızı klinika açdı

07-01-2018


[r32]
Vergilər Nazirliyi “Zəhra Clinic” MMC-ni dövlət qeydiyyatına alıb.“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

Şeyxin qızı klinika açdı