İçeriğe geçmek için "Enter"a basın

Fatma Abdullazadə fəxri adlar üçün pul yığıb! – Qardaşı isə pulla xristianlığı yayıb

01-01-2018


[r32]
Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə bağlı hər gün yeni xəbərlər yayılmaqdadır. Onun şöbə müdiri olan zaman sabiq vergilər naziri Fazil Məmmədovdan 1 milyon dollar alaraq indiyədək qaytarmadığı, Beynəlxalq Bankdan 50 milyon kredit götürüb ödəmdiyi bildirilir. Hətta onun külli miqdarda pul mənimsədiyi də yayılan məlumatlar arasındadır.

F.Abdullazadənin PA-da şöbə müdiri olduğu illərdə müxtəlif insanlarla ciddi problemlər yardığı bildirilir. Musavat.com-un məlumatına görə, onun çoxsaylı mədəniyyət-incəsənət xadimlərindən fəxri ad üçün təqdimat verilməsi müqabilində külli miqdarda pul aldığı deyilir. Zaman-zaman mətbu orqanlarda məhz həmin rüşvəti vermədiyinə görə fəxri ad üzünə həsrət qaldığını iddia edən şəxslərin şikayətləri yer alıb.
F.Abdullazadə həmçinin İslam dinindən imtina edərək, xristianlığı qəbul edən qardaşı Eldar – Eduard Abdullayevə görə də dəfələrlə mətbuatın gündəminə gəlib. Belə ki, sabiq məmur xanımın qardaşı Azərbaycanda xristian dini təriqətlərindən birinin yayıcısı olub. Onun qeydiyyata alınmamış dini icması vasitəsilə pul müqabilində yüzlərlə insanı İslam dinindən imtina etdirdiyi bildirilir. Hətta bu icmanın qanunsuz fəaliyyəti ilə bağlı vaxtilə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin(indiki Dini İşlər üzrə Dövlət Komitəsi) sədri olan Rafiq Əliyev Respublika Prokurorluğuna xüsusi məktub da göndərib.

Ancaq məlum olduğu kimi bacısı himayə etdiyindən heç bir tədbir görülməyib. Yayılan məlumatlardan belə məlum olur ki, Azərbaycan xalqından rüşvətlə yığılan pullar, dövlətin mənimsənilən pulları insanları dinindən döndərməyə xərclənib. Rəzalətdir!!!(Azpolitika.info)

Fatma Abdullazadə fəxri adlar üçün pul yığıb! – Qardaşı isə pulla xristianlığı yayıb