İçeriğe geçmek için "Enter"a basın

İranda aksiyalarda ölənlərin sayı 20-yə çatıb – Video (Yenilendi)

01-01-2018


[r32]
Bu gün İranda baş verən etiraz aksiyaları zamanı daha 9 nəfər öldürülüb. APA-nın məlumatına görə, bu barədə “Sky News” İranın dövlət televiziyasına istinadən məlumat verib. Bildirilir ki, 6 etirazçı İsfahan vilayətinin Qəhdərican şəhərində polis bölməsinə hücum zamanı öldürülüb. Onlar polis bölməsindən silah oğurlamağa cəhd ediblər.

Məlumata görə, Xomeinşəhr şəhərində 20 yaşlı gənc və 11 yaşlı uşaq öldürülüb.

Nəcəfabadda İran İslam İnqilabı keşikçilərinin bir nümayəndəsi həlak olub.

Bununla da son 6 gündə İranda baş verən etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bu ölkənin Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında ölkədə baş verən olaylara görə ABŞ və İsraili ittiham edib. İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

***
İranda keçirilən etiraz aksiyalarının gedişində ölənlərin sayı 12 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, 10 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşmalarda ölüb. Daha 2 nəfər isə şənbə günü dünyasını dəyişib.

***

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.

***

saat 14.00

İranda keçirilən etiraz aksiyalarında daha iki nəfər həyatını itirib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü Xuzistan əyalətinin İze şəhərində aksiyaçılara atəş açılıb.

Nəticədə 2 aksiyaçı ölüb, bir neçə nəfər yaralanıb. Yerli administrasiyadan “France-Presse” agentliyinə bildirilib ki, aksiyaçılara hüquq-mühafizə orqanlarının, yaxud digər aksiya iştirakçılarının atəş açdığı məlum deyil.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Şənbə günü Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfər ölüb.

***

İranın Məşhəd şəhərindən başlayan etiraz aksiyaları Güney Azərbaycan şəhərlərinə də təsir edib. Axar.az xəbər verir ki, aksiyaların başlanmasından 2 gün sonra Güney Azərbaycan şəhərləri bu etirazlara qoşulub. Xüsusi aktivlik Urmiya, Zəncan və Əbhər şəhərlərində müşahidə olunub. Urmiyadakı aksiyalarda iştirak edən azərbaycanlılara qarşı polis tərəfindən güc tətbiq olunub.
Zəncan şəhərində isə etirazçılarla toqquşduqdan sonra polis dəstələri qaçmağa başlayıb. Qaçan polis dəstələrinin ardınca etirazçılar “Bişərəf, Bişərəf” şüarları səsləndiriblər.
Paytaxt Tehran şəhərində də dünən gün ərzində aksiyalar sakitləşməyib. Xüsusi aktivliyi Tehran Universitetinin tələbələri göstəriblər. Paytaxt küçələrindən birində yerləşən İranın Ali dini lideri ayətullah Əli Xameneinin posteri cırılıb.
Ən ağır vəziyyət İranın Loristan vilayətinin Dorud şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə etirazçıların “Xameneiyə ölüm” şüarlarına odlu atəşlə cavab verilib. Atəş nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Həlak olanlardan yalnız ikisinin kimliyini müəyyənləşdirmək olub. Onların Həmzə Ləşəni və Hüseyn Rəşno olduğu bildirilib.
Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların öldürülmə anı əks olunub.
Ərak şəhərində isə əhali SEPAH-ın nəzdində olan “Bəsic” qüvvələrinin qərargahına hücum edərək, buranı darmadağın ediblər.randa keçirilən etiraz aksiyalarında daha iki nəfər həyatını itirib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü Xuzistan əyalətinin İze şəhərində aksiyaçılara atəş açılıb.

Nəticədə 2 aksiyaçı ölüb, bir neçə nəfər yaralanıb. Yerli administrasiyadan “France-Presse” agentliyinə bildirilib ki, aksiyaçılara hüquq-mühafizə orqanlarının, yaxud digər aksiya iştirakçılarının atəş açdığı məlum deyil.


İranda aksiyalarda ölənlərin sayı 20-yə çatıb – Video (Yenilendi)