[r32]
“Amerika BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirlik açacaq”.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasında səsvermədən əvvəl deyib.
“ABŞ Qüdsdə səfirliyini yerləşdirəcək. Bunu bizdən Amerika xalqı istəyir və doğru addımdır. BMT-dəki heç bir səsvermə buna təsir edə bilməz”, – N.Heyli bildirib.