İçeriğe geçmek için "Enter"a basın

Bu, xəstələrin problemidir…” – Nazirlikdən gürcü həkimin sözlərinə münasibət

04-12-2017


[r32]
Kim özünü reklam edib reytinq yığırsa, bu, onun öz işidir. Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur və onların da xəstələri transplantasiya üçün məhz Azərbaycana gəlir. Ona görə də bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz”.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tbilisidəki “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilin Azərbaycan səhiyyəsi ilə bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.
“Əgər xəstələr öz həyatını həkimlərə yox, tibbi biliyi olmayan taksi sürücülərinə etibar edirlərsə, bu, onların problemidir”, – deyə, nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, klinika direktoru Nika Okriaşvili çıxışında Azərbaycandan 8 minə yaxın xəstənin məhz onların klinikasına müalicəyə gəldiyini aşağılayıcı formada bildirib:
Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o gədər xəstə gətiriblər ki, onlar artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir”

Bu, xəstələrin problemidir…” – Nazirlikdən gürcü həkimin sözlərinə münasibət