İçeriğe geçmek için "Enter"a basın

Separatçıları dəstəkləyən o məmur işdən qovuldu

23-11-2017


[r32]
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. “Report”un xəbərin görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti “facebook”da və mətbuatda ciddi tənqid olunub.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə, odur. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.

Maraqlıdır, F.Tanirverdiyev dediklərinə əməl edəcəkmi?

Separatçıları dəstəkləyən o məmur işdən qovuldu