İçeriğe geçmek için "Enter"a basın

Avropadan Beynəlxalq banka ağır zərbə – Köçürmələrə “stop”

29-10-2017


[r32]
Avropa banklarından Azərbaycan Beynəlxalq Bankına (ABB) bütün köçürmələrə “stop” qoyulub. Bu barədə azadlıq.info məlumat yayıb.Artıq Beynəlxalq Bankdakı hesablara xaricdən köçürmə etmək mümkün deyil.
Beynəlxalq Bankın Almaniyadakı partnyoru “Commerzbank”ın bu ölkədəki banklara göndərdiyi məlumatda köçürməyə qoyulan qadağanın müddətsiz olduğu vurğulanır.

Bir müddətdir Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi gündəmdədir. Yəni, söhbət bank üzrə xaricilərə olan borcların geri ödənişi sahəsində irəli sürülən yeni şərtlərdən gedir.

Xaricdən köçürmələrin dayandırılması bu məsələ ilə də əlaqələndirilir.

Avropadan Beynəlxalq banka ağır zərbə – Köçürmələrə “stop”