İçeriğe geçmek için "Enter"a basın

Qadın general da işdən çıxarıldı – FHN – də ixtisarlar

24-10-2017


[r32]
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Lakin mətbuatda onun işdən öz ərizəsi ilə çıxmadığı, işdən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Bundan sonra FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb.

BakuPost.az xəbər xəbər verir ki, Yenicağ.az-ın əldə etdiyi məlumata görə, FHN-də ixtisarlar davam edir. Belə ki, Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb.

FHN-in mətbuata cavab verən şəxsləri isə işdən çıxarıldığı üçün, məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.
İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.

Qadın general da işdən çıxarıldı – FHN – də ixtisarlar