İçeriğe geçmek için "Enter"a basın

FHN-in mətbuat katibi vəzifədən çıxdı

22-10-2017


[r32]
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.
Bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.
O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib: “Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin”.

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.

FHN-in mətbuat katibi vəzifədən çıxdı