İçeriğe geçmek için "Enter"a basın

Mitinqə qatılan aktyor işdən azad olundu

18-10-2017


[r32]

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, – deyə teatrdan bildirilib.

“AzPolitik.info” xatırladır ki, əməkdar artistlər – İlqar Cahangir və Ayşad Məmmədov,  habelə aktyor Abbas Qəhrəmanov Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində iştirak ediblər.

Dünən isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mitinqə gedən aktyorları tənqid etmişdi. “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.- deyə Əbülfəs Qarayev demişdi.

“Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, – deyə nazir əlavə edib.

Əəkdar artist Ayşad Məmmədovun məhz nazirin tənqidindən sonra Akademik Milli Dram Teatrındakı işindən öz istəyilə azad olunması sual doğurur.

Mitinqə qatılan aktyor işdən azad olundu