
27.01.2015 / 18:06 xeber –
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə görüşüb.
Hazırlıq çərçivəsində 4-cü matçını keçirən Azərbaycan çempionunun qonşu ölkədə ilk qələbəsini qazanıb.
Belə ki, ilk yarıda Polşa çempionunun müqavimətini qıra bilməyən “Qarabağ” fasilədən sonra Reynaldo və Cavid Tağıyevin qolları ilə rəqibini məğlub edib – 2:0. Braziliyalı 67-ci dəqiqədə hesabı açıb. Tağıyev isə 78-ci dəqiqədə meydana daxil olduqdan cəmi 4 dəqiqə sonra fərqlənib.
Bu qarşılaşmayadək Qurban Qurbanovun yetirmələri 3 oyun keçirsə də, qalib gələ bilməmişdi. Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” İsveçrə “Sürix”i ilə “sülh" bağlayıb” – 1:1.
Mənbə : Lent.az