İçeriğe geçmek için "Enter"a basın

Memmedyarovdan girovlarla bağlı hemsedrlere MÜRACİƏT

27-01-2015


27.01.2015 / 17:29 xeber –

Xarici işlər Naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT Minsk Qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ermənistanın təxribatçı əməllərinə diqqəti çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir Elmar Məmmədyarov ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.   

Mənbə : Lent.az

Memmedyarovdan girovlarla bağlı hemsedrlere MÜRACİƏT