
27.01.2015 / 16:05 xeber –
Paytaxt polisinin şəhərdə keçirdiyi əməliyyat nəticəsində 50 nəfərə yaxın avtoritet yaxalanıb
Moskvada “qanuni oğru”lara qarşı əməliyyat keçirilib. Lent.az-ın “Arqumentı i faktı” qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt polisinin şəhərdə keçirdiyi əməliyyat nəticəsində 50 nəfərə yaxın avtoritet yaxalanıb.
Qəzetin yazdığına görə, Moskvadakı ticarət nöqtələrini bölüşdürmək üçün çağırılan “sxodka”ya basqın nəticəsində azərbaycanlı, “Yunus” ləqəbli qanuni oğru da saxlanılıb. O, kriminal aləmdə Lotu Yunus kimi tanınır.
Mənbə : Lent.az