İçeriğe geçmek için "Enter"a basın

Borclar barəsində KM qərarı bankları “iflasdan” xilas etdi

17-05-2015

manat_dollar_00Azərbaycan Konstitusiya Məhkəməsinin (KM) qərarına əsasən devalvasiyaya qədər xarici valyutada alınmış borclar qaytarıldığı andakı məzənnə üzrə ödənilməlidir.

Azadlıq.az-ın BBC Azərbaycanca-ya istinadən verdiyi xəbərə görə, “Dollarla götürülbsə demək ki, vəsait ya dollarla qaytarılmalıdır və ya ödəniş edilən günü dolların manata məzənnəsinə uyğun olaraq manatla qaytarılmalıdır”, – iqtisadçı Vüqar Bayramov BBC Azərbaycancaya qərarın məğzini izah edərkən bildirib.
Borcu kim ödəməli?
Cümə günü rəsmi Azərtac saytında dərc olunmuş məhkəmə hökmündən narazı olanlar devalvasiya qərarına görə əsas maliyyə məsuliyyətinin istehlakçıların üzərinə qoyulmasını ədalətsiz hesab edirlər.
“KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib”, – Turan agentliyinin xəbərlə bağlı məlumatında deyilir.

Fevralın 21-də manat dəyərinin təqribən üçdə birini itirib.

İflas təhlükəsi

İqtisadçı Natiq Cəfərliyə əsasən KM hökmü xaricdə dollarla vəsait cəlb etmiş və Azərbaycanda manatla kredit ayıran bankları “ani iflasdan” xilas etmiş oldu.
“Lakin bu qərar da kiçik və orta bankların problemini uzun müddətdə həll etməyəcək. Beləki, müştərilən ödənişlə bağlı çətinlikləri yaranacaq və bankların hazırda rəsmi rəqəmlərə görə 1.2 milyard manatlıq problemli borclarının həcmi artacaq. İlin sonuna kimi qaytarılması mümkün olmayan kreditlərin həcmi 2 milyarda çata bilər”, – BBC-ə danışan iqtisadçı deyib.
KM xarici valyutada verilmiş kreditlər üzrə “kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqini məqsədəmüvafiq” hesab etdiyini bildirir.

Tövsiyyə

İqtisadçılara əsasən qərardakı son müddəa tövsiyyə xarakteri daşısa da çox güman ki, banklar bu istiqamətdə addımlar atmalı olacaq.
“Belə bir addımlar artıq atılır və banklar faizlərin azaldılması ilə kreditlər üzrə ödəniş müddətinin uzadılmasını nəzərdə keçirirlər”, – Vüqar Bayramov deyir.
Manatın devalvasiyasından sonra borcların ödənişilə bağlı yaranmış mübahisələr ardınca Ombudsman və Göyçay rayon Məhkəməsi məsələyə baxmaq çağırışı ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər.
KM hökmün çıxarılmasınadək bu kimi işlərə baxmamağa çağırmışdı.
Qərarın elanından sonra iddialar yenidən icraata götürülə bilər. Eynilə mövcud işlər üzrə hökmlərin çıxarılması gözlənilir.

Borclar barəsində KM qərarı bankları “iflasdan” xilas etdi