İçeriğe geçmek için "Enter"a basın

Azerbaycan “Eurovision-2015”in ikinci yarımfinalında çıxış edecek

27-01-2015


27.01.2015 / 01:46 xeber –

“Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış edəcək.

 

Lent.az-ın “musavat.com”a istinadən xəbərinə görə,  bu barədə məlumat müsabiqənin rəsmi saytında yerləşdirilib.

 

Püçkatma ötən gün keçirilib. Ümumilikdə bu il müsabiqədə 39 ölkə iştirak edəcək. Mayın 19-da ilk yarımfinalda 16 ölkənin çıxışı planlaşdırılır. Bu mərhələdə Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan, Macarıstan təmsilçiləri mübarizə aparacaq.

 

Mayın 21-də isə səhnəyə Norveç, İrlandiya, Çexiya, Litva, San-Marino, Malta, Portuqaliya,, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç təmsilçiləri mübarizə aparacaqlar.

 

Qeyd edək ki, 60-cı “Eurovision” müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Final mayın 23-də olacaq.

Mənbə : Lent.az

Bir yorum

  1. user 21/02/2015

    Biyabirchilig

Yorumlar kapatıldı.

Azerbaycan “Eurovision-2015”in ikinci yarımfinalında çıxış edecek